Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
RAMİZ MEHDİYEVİN DÖVLƏT ÇEVRİLİŞİ PLANI NECƏ İFŞA OLUNUB? - “Mehdiyev işi”nin bütün DETALLARI
Heydər Oğuz ƏLİ HƏSƏNOV BARƏDƏ GİZLİ MƏLUMATLARI YAYDI - Görün nələr qamarlayıb...
“HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
Press-fakt.az
    
  • Mehdiyevin “PARLAMENT KORPUSU”nun taleyi necə olacaq? - 
    Mehdiyevin “PARLAMENT KORPUSU”nun taleyi necə olacaq? -  Elşən Musayev indi... “baltanın ən yekəsini” götürüb
  • 
  • Edamların sayı kritik həddə çatıb - 
    Edamların sayı kritik həddə çatıb -  BMT-yə "Bu ölkəni dayandırın" çağırışı edildi
  • 
  • Ramiz Mehdiyevin dövlət çevrilişi planı bu villasında hazırlanıb - 
    Ramiz Mehdiyevin dövlət çevrilişi planı bu villasında hazırlanıb -  VİDEO/FOTO
  • 
  • "600 min alıb, heç bir iş görmədilər!"-
    Fərhad Əhmədov: "600 min alıb, heç bir iş görmədilər!"- MƏHKƏMƏ
  • 
  • Zəfər Gününün 5-ci ildönümündə hərbi parad keçiriləcək -
    Zəfər Gününün 5-ci ildönümündə hərbi parad keçiriləcək - Rəsmi
  • 
  • Paşinyan:
    Paşinyan: "Azərbaycan Prezidenti ilə MÜNTƏZƏM TƏMASLARIMIZ VAR"
  • 
  • ABŞ oliqarx Süleyman Kərimovun yaxtasını hərracda satıb - 
    ABŞ oliqarx Süleyman Kərimovun yaxtasını hərracda satıb -  300 milyon dollar qiyməti var idi
  • 
  • Zəngəzur dəhlizinin əsas hissəsi üzərində iş gedir - 
    Zəngəzur dəhlizinin əsas hissəsi üzərində iş gedir -  Paşinyan
  • 
  • Azərbaycanın beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı ölkəyə gətirildi
    Azərbaycanın beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı ölkəyə gətirildi
  • 
  • "Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər"-
    "Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər"-  "Politico"
  • 
  • TRAMP UKRAYNANIN MÜTTƏFİQİNƏ ÇEVRİLİR -
    TRAMP UKRAYNANIN MÜTTƏFİQİNƏ ÇEVRİLİR - Zelenski parlamentin qapalı iclasında nə deyib?
  • 
  • "Tomaqavk" raketlərinə nəzarət ABŞ-də olacaq -
    "Tomaqavk" raketlərinə nəzarət ABŞ-də olacaq -  "Financial Times"
  • 
  • Kəmaləddin Qədim Ramiz Mehdiyevin SİRRİNİ AÇDI:
    Kəmaləddin Qədim Ramiz Mehdiyevin SİRRİNİ AÇDI: “Göyçə gölü ətrafında oteli var”
  • 
  • İlham Əliyev Aİ-nin yeni səfirinin etimadnaməsini qəbul etdi -
    İlham Əliyev Aİ-nin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO
  • 
  • Gələn ay Ağdama 900 ailə köçəcək - 
    Gələn ay Ağdama 900 ailə köçəcək -  Prezidentin xüsusi nümayəndəsi
  • 
  • İlham Əliyev Niderlandın yeni səfirini qəbul edib -
    İlham Əliyev Niderlandın yeni səfirini qəbul edib - FOTO
  • 
  • Rusiyada yanacaq BÖHRANI:
    Rusiyada yanacaq BÖHRANI: Avtomobillərin uzun növbəsi yaranıb
  • 
  • Misir Mərdanovdan Ramiz Mehdiyevlə bağlı şok sözlər:
    Misir Mərdanovdan Ramiz Mehdiyevlə bağlı şok sözlər: "TAPANÇA İLƏ GƏLİRDİ" - VİDEO
  • 
  • Azərbaycanda yaşamaq üçün 16 mindən çox əcnəbi müraciət edib
    Azərbaycanda yaşamaq üçün 16 mindən çox əcnəbi müraciət edib
  • 
  • Rusiya mediası Mehdiyevə niyə tərif yağdırır? -
    Rusiya mediası Mehdiyevə niyə tərif yağdırır? - "Kommersant” “Rusiya izi”ni silir
  • 
  • Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı
    Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
  • Alban-Udi xristian dini icması üzvlərinin Hadruta səfəri başlayıb
  • Ali Dini Lider Trampın “qanlı foto”sunu paylaşdı və belə yazdı: "Süleymaninin intiqamı başqa cür olacaq"
  • Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrıldı - SİYAHI
  • Azərbaycan Prezidenti BMT üçün bir daha təkrar etdi: "Dağlıq Qarabağ münaqişəsi həll olunub"
  • Türklərdən sonra başıbəlalı Yaxın və Orta Doğu

    • Tarix: 24-10-2023, 16:54

    Aydın Mədətoğlu Qasımlı Filologiya üzrə fəlsəfə doktoru

    Dünyanın heç bir bölgəsi Yaxın və Orta Doğu qədər inanc və din uğrunda aparılan qanlı mücadilələrə, müharibələrə və dövlət çevrilişlərinə səhnə olmamışdır. Əslində dini və məzhəbi mücadilələr bu bölgənin mayasında vardır. Uzun əsrlər boyu ardı-arası kəsilməyən bu dini və məzhəbi mücadilələr və qanlı müharibələr nəticəsində insanlar bir-birilərini boğazlayıb durmuş, milyonlarla insan bu amansız dini və məzhəbi mücadilələrin girdabında boğulub getmişdir. Bu, keçmişdə olduğu kimi bugün də belədir və bizcə gələcəkdə də belə olacaqdır.

    Günümüzdəki Fələstin, Suriya və İraqdakı çatışmalar əslində əsrlərdən bəri davam edən Yəhidi-Xristian-İslam və məzhəblər mücadiləsinin davamıdır.

    Tarixdə yalnız Türklərin bir qurtarıcı kimi Yaxın və Orta Doğuya ayaq basmaları ilə bu geniş və zəngin coğrafi məkanda yeni bir hüzur və istiqrar dövrü başlamış və bu dövr XX əsrin əvvəllərinə qədər davam etmişdir. Türklərin qurmağa müvəffəq olduqları bu yeni düzən və istiqrar dövrü Yaxın və Orta Doğunun hüzur və istiqrar içərisində yaşaması baxımından ən uzun dövr olmuşdur.

    Türklərin Yaxın və Orta Doğudakı böyük missiyası əsasən Abbasi Xilafəti, xüsusilə xəlifə Mötəsim dövründə (IX əsrdə) başlamışdır. Anadoluya, Bizans İmperatorluöunun iç ərazilərinə qədər irəliləyən və Amuruyidə Bizans ordusuna ilk öldürücü zərbəni vuran Əşna., Vasif və Afşin kimi qüdrətli Türk komandanlarının əmrində hərəkət edən cəngavər Türklər olmuşlar. Onlar gələcəkdə Anadolunun qapılarını açan Malazqırt qəhrəmanlarının, Büveyhiləri məğlub edərək Bağdada daxil olanların öncülləri, İstanbulu fəth edən Türklərin Bizansa doğru yol almış ilk xəbərçiləri olmuşdular.

    Xilafət ölkələri, Yaxın və Orta Doğudakı aktiv vəzifələrinə bu şəkildə başlayan Xilafət ordusundakı Türklərin yerini sonradan digər Türk xanədanları olan Səlcuqlular, İlxanlılar, Məmlüklər, Osmanlılar və Səfəvilər olmuşdular.

    Türklərin Yaxın və Orta Doğu hakimiyyəti Türk-İslam tarixinin ən önəmli və eyni zamanda ən möhtəşəm bölümlərindən birini təşkil edir. Yeni bir vətən və müqəddəs bir yurd bulmaq qayəsi ilə dünyanın bir çox bölgələrinə hərəkət edən Türklər Orta Doğuya gəldiklərində dünyanın bu müqəddəs bölgəsində Türk tarixinin yeni və ən parlaq dövrlərindən birini də başlatmış olmuşdular.

    Türklər İslamiyyətdən çox-çox öncə bir çox dövlət və İmpe- ratorluqlar qurduqları kimi, İslam dinini qəbul etdikdən sonra da Yaxın və Orta Şərqdə və əvvəlki xilafət ərazilərində bir çox yeni-yeni dövlət və İmperatorluqlar qurduqları bu yeni Cahan İmpe- ratorluqları sadəcə Türk tarixinin deyil, İslam və dünya tarixinin də ən böyük, ən mədəni və ən uzun ömürlü İmperatorluqları ol- muşlar.

    Türklər Yaxın və Orta Doğu ilə yanaşı, ondan əvvəlki Ərəb xilafətinə daxil olan ölkələrə və bütün İslam dünyasına hakim olub bütün müsəlmanların liderliyini öz üzərinə götürdükdən sonra dünyada siyasi, iqtisadi və hərbi sahədə böyük dəyişikliklər baş vermişdir. Qədim və orta əsrlərin alışılmış olan bütün ictimai və siyasi düzəni tamamilə dəyişmiş, yeni bir nizam-intizam qurulmuş və bu yeni düzəndə İslam dini Türklər sayəsində gücünə heç bir dinin və siyasi quruluşun ulaşa bilməyəcəyi müstəsna bir əzəmət və ehtişama qovuşmuşdu.

    Ərəb xilafətləri olan Əməvilər və Abbasilər də daxil Türklərdən öncə və sonra İslam dini və qarşılıqlı olaraq Yaxın və Orta Doğu heç bir dövrdə belə güclü bir siyasi nüfuza və qüdrətə sahib olmamışdır.

    Belə ki, Səlcuqlu Türkləri tarix səhnəsinə çəxdığı dövrdə başda Abbasi xəlifəsi olmaqla Yaxın və Orta Doğunun dini, siyasi və idari nüfuzu sarsılmış, məzhəb, din və fikir ayrılıqları baş alıb getmiş, İslam dünyası bir siyasi böhrana və anarxiyaya sürüklənmişdi. Şiə məzhəbinə mənsub Büveyhilər Bağdadda iqtidarı ələ keçirmiş, xəlifənin bütün səlahiyyətləri əlindən alınaraq Büveyhilərin kuklasına çevrilmişdi. Çarəsizlik içində qıvrılıb duran Bağdad xəlifəsinin oturub Cənabi Haqqa bu şiə gücü haqqında şikayət məktubları yazmaq və bu məktubları Kəbənin divarına asmaqdan başqa görəcəyi heç bir işi qalmamışdı.

    Səlcuqlu Türkləri məhz belə bir dövrdə qurtarıcı olaraq Yaxın və Orta Doğuya ayaq basmışdı. Bağdada müəzzəm bir qurtarıcı kimi daxil olan Türk sultanı Toğrul Bəy əhali tərəfindən böyük mərasimlə qarşılanmış, Türk ordusu Büveyhilərə ağır zərbə vurmuş, İslam dinini yenidən dirçəltmiş, için-için yanan Yaxın və Orta Doğuda hüzur və istiqrarı daha əsaslı bir şəkildə təmin etmiş və bununla da bütün İslam dünyasının minnət və şükranlarını qazanmışdı

    Səlcuqlu Türklərindən sonra bu missiyanı onların davamı olan Osmanlı Türkləri öz üzərinə götürmüşdü. Osmanlı Türkləri bir tərəfdən Xristian Avropa əraziləri üzərində böyük bir Cahan İmperatorluğunun təməllərini atmış, digər tərəfdən də İslam Dünyasını ilk dəfə gerçək mənada birləşdirib bütünləşdirərək İslam cəmiyyətinin həm dini, həm də siyasi lideri olmuşdular.

    Osmanlı Türklərinin Yaxın və Orta Doğu və həmçinin köhnə Ərəb xilafəti ölkələrində qurmağa müvəffəq olduqları sağlam nizam-intizam, siyasi sabitlik və əmin-amanlıq İslam və dünya tarixinin ən önəmli hadisələrindən biridir. Bu böyük hadisəyə, dünya siyasi və hərbi müvazinətinə hakim olan və bu istiqamət- dəki inkişafa şəxsən özləri istiqamət verən, təşəbbüsü daima əllərində saxlayan Osmanlı Türkləri beş əsr dünyanın ən bəlalı ərazisi olan bu Yaxın və Orta Doğuda hakimiyyətlərini sürdürmüş, nizam-intizamın, siyasi sabitlik və əmin-amanlığın ən güclü qoruyucuları olmuşlar.

    Bunu hətta obyektiv Avropa tarixçiləri belə etiraf etmiş və göstərmişlər ki, Osmanlı Türklərinin qurmağa müvəffəq olduqları Cahan İmperatorluğu İslam dünyasının qibləgahı olan Məkkə və Mədinə kimi müqəddəs yerləri də içinə alırdı. İnperatorluğun sərhədləri daxilində qalan ərazilərə bir qayda olaraq“İslamın öz yurdu” (“Darül-İslam”) deyilirdi.

    İmperatorluğun sultanı sadəcə Türklərin deyil, yer üzərindəki bütün müsəlmanların da sayğı duyduğu bir Cahan sultanı idi. İmperatorluq ordusu yer üzündə İlahi Hakimiyyəti təsis edən “Allahın ordusu” sayılırdı. İmperatorluğun dini lideri olan Şeyxül-İslam isə bütün İslam dünyasının ən böyük dini lideri idi. Onun verdiyi hökmlərə Sultan da daxil hər kəs böyük sayğı duyardı.

    İmperatorluğun geniş sərhədləri daxilində yaşayan İslama and içmiş möminlər özlərini qüvvətli müsəlmanlar olaraq qəbul edərdilər (Bax: Lewis B., Politics and War. Studies in Classical and Ottomon İslam, London 1967, İqtibas Prof. Dr. Zekeriya Kitapçının” Hz. Peyqam berin hadislerinde Türk varlığı” əsərindən götürülmüşdür – A.Q. Bax: Göstərilən əsər, səh. 25-26).

    Türklərin Yaxın və Orta Doğu hakimiyyətləri sayəsində bu torpaqlarda bəlkə də insanlığın özünü dərk etdiyi və tarixin ilk çağlarından bəri həsrətini çəkdiyi nüfuz boşluğu doldurulmuş, istiqrar və əmniyyət çox sağlam bir şəkildə təmin edilmişdi. Beləliklə, Türklərin nüfuzu sayəsində bu ərazilərdə yaşayan fərqli dil, din, etnik yapısı və kültürləri müxtəlif olan xalqlar bütün imkan və nemətlərdən tamamilə bərabər şəkildə yararlanmış, rahat bir həyat yaşamışlar.

    Bütün bu tarixi hadisələrin təbii nəticəsi olaraq Türklər sayəsində bu ərazilərdə yaradılan kültür və mədəniyyət daha geniş ərazilərə aparılmış, firavanlıq və ləyaqət baxımından bu ərazilər bir altun dövrünü yaşamışdır.

    Türklərin Anadolu, Yaxın və Orta Doğuya hakim olduqlarından nə əvvəl, nə də sonra heç bir dövrdə bu ərazilər belə bir əzəmət və ehtişama, xüsusilə istiqrara qovuşmamış, İslam dini Türklər sayəsində rəqibsiz bir din halına gəlmiş, Qurani-Kərimin və İslam dininin Qiyamətə qədər mühafizəsi vədi yerinə yetirilmişdir.

    Bəllidir ki, mədəni, inkişaf etmiş, əhali baxımından sıx olan yerlərdə dövlət qurmaq və mədəni səviyyələri xeyli yüksək olan xalqlara hakim olmaq, onları uzun zaman əsrlərlə idarə etmək çox çətin bir işdir. Bunu tarixdə ancaq bu mədəni millətlərdən zəka, ağıl və bacarıq baxımından daha çox qabiliyyətli, onlardan daha çox üstün, dövlət qurmaq və onu idarə etmək təcrübəsinə və gələnəyinə sahib olan, milli bünyələri son dərəcə sağlam və güclü millətlər başara bilmişlər. Məhz Türklər bu tarixi missiyanı yerinə yetirmiş, böyük kültür və mədəniyyətlərin beşiyi sayılan Yaxın və Orta Şərqdə özlərindən öncəkilərə nəzərən daha çox mədəni, sərhədləri üç qitəyə yayılmış Cahanşümul böyük İmperatorluqlar qurmuşlar.

    Beləliklə, Türklər bu millətləri sadəcə illərlə deyil, əsrlərcə idarə etmiş və onlardan daha çox mədəni və yetgin bir millət olduqlarını da Cahana göstərmişlər. Onların böyük bir məharət və ustalıqla Yaxın və Orta Şərqdə qurmağa müvəffəq olduqları İmperatorluqları məhz belə ağır şərtlər altında mədəni ölkələrdə qurulmuş daha yüksək mədəni Cahan İmperatorluqları idi.

    Yaxın və Orta Doğu Türklərdən sonra bir sıra kirli əməl və oyunların səhnəsinə çevrilmiş, Türklərin illərdən bəri davam edən xidmətlərinə baxmayaraq, Türkləri arxadan vuranların əsil fəlakətləri məhz bundan sonra başlamışdı.

    Orta Doğunun Türk hakimiyyətindən çıxarılmasından sonra bu ərazilərdə böyük bir siyasi boşluq ortaya çıxmış və bu boşluq bugün belə doldurula bilməmiş, əksinə, artıq 100 ildir ki, Orta Doğunun siyasi düzənindəki çox nazik nizam-intizamı pozulmuş, Osmanlı İmperatorluğunun çətiri altında olan ərazilərdə heç bir coğrafi və milli özəlliyi olmayan, dövlətçilik ənənəsindən məhrum ailələr və qəbilələr hakimiyyətinə dayanan bir çox tayfa dövlətləri qurulmuş- dur.

    Tarix boyu müxtəlif və güclü xalqların görüş yeri, müxtəlif din, kültür və mədəniyyətlərin beşiyi sayılan, strateji baxımdan dünyanın ən əhəmiyyətli və zəngin bölgəsi olan Yaxın və Orta Doğuda Türklərdən sonra dini, məzhəbi, fikri və siyasi mübarizələr baş qaldırmış, bu ərazi etnik və məzhəb çatışmaları meydanına çevrilmiş, hər cür anarxiya, qarışıqlıq və böhranların baş alıb getdiyi çox bəlalı bir bölgəyə dönmüşdür.

    Bütün bu əcaib gedişatların təbii bir nəticəsi olaraq Türklərdən sonra aradan yarım əsr keçmədən belə Yaxın və Orta Doğu bir qan dənizi və barıt çəlləyi halına gəlmiş, yanğın hər tərəfə yayılmışdır. Müsəlmanlara hücum edənlər təkcə xarici güclər və Yəhudilər, etnik və fanatik qruplar deyil, işin ən dəhşətlisi din, dil və mədəniyyət gəmisi içində yetişmiş Ərəblər də bir-birlərini qəddarcasına, insafsızcasına boğazlamış və boğazlamaqdadırlar. Atılan güllələr ümumi düşmənə deyil, müsəlman qardaşlarının boğazına saplanmaqdadır.

    Nəticədə bir tərəfdə hər gün nahaq yerə öldürülən yüzlərlə, minlərlə günahsız insan-qoca, qadın, cocuq, yıxılan, yandırılan evlər, yox olan, dağılan ailələr, aclıq, səfalət və yoxsulluq içində sürünmə- yə tərk edilmiş yüz minlərlə insan, vətənindən didərgin düşmüş milyonlarla qaçqın, digər tərəfdə isə zəngin Ərəblərin Qərb ölkələrinə axınları, zövq və səfa üçün sovrulan milyardlarla dollarlar.

    Bütün bunlardan daha betəri ardı-arası kəsilməyən ehtiras və eqoizmlə dolu kiçik çapsız, bacarıqsız, üstəlik özlərini hər kəsdən üstün tutan, sözdə dövlət adamı və onların toplumu fəlakətlərə sürükləyən macəraları Orta Doğunun Osmanlı Türklərinin hakimiyyətindən sonrakı bir əsrdə davam edən faciələridir.

    Ən acınacaqlısı isə budur ki, XX əsrin əvvəllərində ən azı 500 il bu torpaqlarda bütün varını-yoxunu sərf edən, canını belə fəda edərək Qüds də daxil bütün müqəddəs şəhərləri göz bəbəyi kimi qoruyan, 4 kitabı müqəddəs sayan, bölgədən nəşət edən bütün Peyğəmbərlərə sayğı ilə yanaşan Türkləri imperialist dövlətlər və onların agentləri ilə birləşərək arxadan vuranlar, Orta Doğunu bu ürək yandıran hala salanlar, Türklərin bu bölgə və ümumən bütün İslam Dünyası üçün hansı dəyərdə olduğunu hələ də anlamamış, bu bölgəni 50 il belə qoruya bilməmiş, nəticədə özləri də bugünkü duruma düşmüşlər.

    Bugün Orta Doğunu belə ağır bir fəlakətə düçar edənlər Ərəbistan çöllərini öz qanları ilə sulayan və bunu əsrlərcə davam etdirərək onu canları, qanları bahasına qoruyan Türk mücahidlə- rindən, onların şəhid ruhlarından üzür diləməlidirlər.

    Bugün neftdən gələn milyardlarla dollarları öz xalqlarının rifahı üçün deyil, öz xarici ağaları ilə bölüşdürüb firavan həyat sürən ərəb şeyxləri, kral və diktatorları əldə etdikləri paraların bir hissəsini silah satın almağa, bir qismini qumara, bir qismini səyahətlərə, bir qismini rəsm əsərlərinə, heykəl və qiymətli daş-qaş almağa sərf edərək xalqlarının potensial gücünü belə tükətməklə məşğuldurlar.

    Bölgənin əsas etnosu olan Ərəblər uzun müddət ümumi düşmənlərinə qarşı mübarizə aparmaq əvəzinə bir-birlərini boğazlamaqla, bir-birlərini zəif duruma düşürməklə məşğul olmuş, bölgəni Qurani-Kərimin ifadəsi ilə Tanrı tərəfindən zillət, səfalət və lənət damğası vurulan bir qövmin ixtiyarına buraxmaq durumunda qalmışlar.

    Bugün Orta Doğu yenidən Böyük güclər arasında siyasi və iqtisadi cəhətdən tort kimi bölünüb paylaşılmaqdadır. Bütün Böyük güclərin gözü bugün yenə də Orta Doğuda, onun zəngin yeraltı sərvətlərindədir. Bugün dünyanın 65 faiz nefti bu bölgədədir ki, indi bu neftin yalnız 4 faizindən istifadə edilir. Ona görə də bu bölgə dünyanın mərkəzi sayılmaqda və Böyük güclər XXI əsrdə dünyanı və Orta Doğunu bölüşdürən güclər bugün də bölgədədirlər və dünyaya yeni bir biçim vermək, yeni xəritə cızmaq istəyindədirlər.

    Bəllidir ki, bugünkü Orta Doğunun xəritəsi I Dünya müha- ribəsindən sonra Avropa mərkəzli imperialist dövlətlər olan İngiltərə, Fransa və İtalya tərəfindən cızılmışdır. Orta Doğunun bugünkü sərhədləri İngiltərə və Fransanın istəklərinə görə müəy- yənləşmiş, 30 il müddətində onları öz müstəmləkələri kimi idarə etmişdilər.

    II Dünya müharibəsindən sonra isə Avropa mərkəzli dünya öz yerini ikiqütblü-Amerika və Sovet mərkəzli dünyaya tərk etmiş, Sovet İttifaqının çökməsi ilə də ABŞ təkmərkəzli dövlət kimi dünyanın bir çox bölgəsində olduğu kimi Yaxın və Orta Doğuya da yeni bir düzən tətbiq etməkdədir. Bu işdə əvvəllər Türkiyədən də yararlanmağa çalışan ABŞ istədiyinə nail olmadığını görüb Orta Doğu projesində azacıq korrektə etməklə öz müttəfiqləri olan İngiltərə və özünün yaratdığı İsraillə birgə öz planını həyata keçirməyə çalışır. İlk əvvəllər Türkmən bölgəsini də nəzərə alaraq “Türkiyənin ağzına bir barmaq bal dadızdırmaq” istəyən ABŞ bugün artıq onu da Türkiyəyə çox görməkdə, hətta Türkiyəni belə “Kürd kartı” və “Erməni soyqırımı” ilə təzyiq altında tutmaqda, bölgədə PKK və Peşmərqə ilə iş birliyi qurmaqdadır.

    500 il Orta Doğuda istiqrarı təmin edən Türkləri Böyük güclər və onların əlaltıları XX əsrdə olduğu kimi bugün də onu passiv duruma düşürməyə çalışır, bunun üçün hər vasitəyə əl atırlar.

    Bizim bu başı bəlalı Orta Doğu ilə bağlı yazımızda əsas məqsədimiz Türklərin İslam dünyası və Orta Doğu üçün ifa etdikləri mühüm missiyanın nələrdən ibarət olduğunu bir daha bütün çılpaqlığı ilə müasir oxucuya çatdırmaqdır.

    Türklər qan vеrdi, can vеrdi qoca Şərqi təkcə Öz hakimiyyətinə almadı, həm də Onu qorudu, tarixi missiyasını şərəflə yеrinə yеtirdi.

    Bütün bu xidmətlərin əvəzində çox təəssüflər olsun ki, uzun sü- rən xaçlı yürüşləri və bugünkü Xristan dövlətləri bəşəriyyətin illərlə əldə еtdiyi mədəniyyətləri alt-ust еtmiş, Şərqin Qərbə qarşı bir şübhə, bir əndişə bəsləməsinə səbəb olmuşdur.

    Bu Səlib yürüşləri və Xristian Dünyası Türklərin univеrsal dünyagörüşlərini zədələmiş və nəticədə dünyanı iki düşmən məzhəb qovğasına sürükləmişdir. Türklərin tarixən bu xaçlı yürüşlərinin qarşısını qanları bahasına alması bəşəriyyəti bu qorxunc təhlükədən xilas еtmişdisə də sonradan bütün Xristian Dövlətləri birləşərək nəhayət Birinci Dünya müharibəsində Osmanlı imperator- luğunu tarix səhnəsindən silərək Yaxın və Orta Doğunu öz müstəmləkələrinə çevirərək bu günə salmış, indi də öz məqsədləri üçün Buranı “ QAN ÇANAĞI “ NA çevirmişlər !

    Türk Tanrı tərəfindən bəşəriyyətə ərməğan еdilən xüsusi missi- ya sahibidir. Türksüz bəşər tarixi еtibarsız, içiboş, mənasız, ölü məzarıstana bənzəyərdi.

    Türkün doğuşu Cahan üçün bayram, ölümü matəmdir. Tarix boyu ədalətə dayanan bir hakimiyyət quran Türklər milli, dini və insani duyğulara bağlı qalaraq bunların ahəngi içərisində Cahan hakimiyyəti idеalına inanmış, əsrlər boyu Çin, Orta Asiya, Sibir, Hindistan, Rusiya, Əfqanıstan, Xorasan, Yaxın Şərq, İran, Azər- baycan, Qafqaz, İraq, Anadolu, Suriya, Rumеli, Şərqi və Orta Av- ropa, Balkanlar, Misir və bütün Şimali Afrikada hökmranlıq еtmiş, tarix boyu bir çox dövlətlər və impеratorluqlar qurmuşlar. Bunlardan Turan, Aratta, Kuti, Lullu, Elam, Manna, Midiya, İskit (Saka, Skif), Alban, Şumer, Şərqi Hunlar, Qərbi Hunlar, Ağ Hunlar, Xəzərlər, Göy Türklər, Uyğurlar, Qarluqlar, Bulqarlar, Qaraxanlılar, Qəznəvilər, Xarəzmlər, Səlcuqlular, Moğollar, Tulunilər, İxşidilər, Osmanlılar, Еlxanilər, Tеymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və s. tarixin danılmaz dövlət və impеratorluqla- rıdır. Bu müəzzəm tablo Türklərin iyirmi beş min illik bir mədəniyyətə sahib olduqlarının göstəriciləridir !

    Yazını Türklər haqqında bir sıra din alimlərinin qəbul etdiyi Quranın “Maidə” surəsinin 54-cü ayəsi ilə bitirirəm.

    Ayədə buyrulur:

    “Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, bilsin ki, Allah onların yerinə elə bir qövm gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olarlar. Onlar Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allahın lütfü genişdir və O, hər şeyi biləndir!”(Maidə 54). 


    Oxunub: 84
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      16-10-2025
      19:30 | Mehdiyevin “PARLAMENT KORPUSU”nun taleyi necə olacaq? -  Elşən Musayev indi... “baltanın ən yekəsini” götürüb
      19:00 | RAMİZ MEHDİYEVİN DÖVLƏT ÇEVRİLİŞİ PLANI NECƏ İFŞA OLUNUB? - “Mehdiyev işi”nin bütün DETALLARI
      18:55 | Edamların sayı kritik həddə çatıb -  BMT-yə "Bu ölkəni dayandırın" çağırışı edildi
      18:45 | Ramiz Mehdiyevin dövlət çevrilişi planı bu villasında hazırlanıb -  VİDEO/FOTO
      18:40 | Fərhad Əhmədov: "600 min alıb, heç bir iş görmədilər!"- MƏHKƏMƏ
      15:30 | Zəfər Gününün 5-ci ildönümündə hərbi parad keçiriləcək - Rəsmi
      15:15 | Paşinyan: "Azərbaycan Prezidenti ilə MÜNTƏZƏM TƏMASLARIMIZ VAR"
      15:10 | ABŞ oliqarx Süleyman Kərimovun yaxtasını hərracda satıb -  300 milyon dollar qiyməti var idi
      15:00 | Zəngəzur dəhlizinin əsas hissəsi üzərində iş gedir -  Paşinyan
      14:55 | Azərbaycanın beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı ölkəyə gətirildi
      14:50 | "Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər"-  "Politico"
      14:44 | TRAMP UKRAYNANIN MÜTTƏFİQİNƏ ÇEVRİLİR - Zelenski parlamentin qapalı iclasında nə deyib?
      14:30 | "Tomaqavk" raketlərinə nəzarət ABŞ-də olacaq -  "Financial Times"
      14:25 | Böyük Britaniyadan yeni sanksiyalar - Vahid Ələkbərov, Qod Nisanov, daha kimlər var...
      14:15 | Kəmaləddin Qədim Ramiz Mehdiyevin SİRRİNİ AÇDI: “Göyçə gölü ətrafında oteli var”
      14:00 | İlham Əliyev Aİ-nin yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO
      13:40 | Heydər Oğuz ƏLİ HƏSƏNOV BARƏDƏ GİZLİ MƏLUMATLARI YAYDI - Görün nələr qamarlayıb...
      13:20 | Pensiya yaşı yenidən artırıla bilər - "Yaşlı insanların sayının artması..."
      13:15 | Gələn ay Ağdama 900 ailə köçəcək -  Prezidentin xüsusi nümayəndəsi
      13:10 | İlham Əliyev Niderlandın yeni səfirini qəbul edib - FOTO
      13:00 | Rusiyada yanacaq BÖHRANI: Avtomobillərin uzun növbəsi yaranıb
      12:50 | Misir Mərdanovdan Ramiz Mehdiyevlə bağlı şok sözlər: "TAPANÇA İLƏ GƏLİRDİ" - VİDEO
      12:41 | Azərbaycanda yaşamaq üçün 16 mindən çox əcnəbi müraciət edib
      12:30 | Rusiya mediası Mehdiyevə niyə tərif yağdırır? - "Kommersant” “Rusiya izi”ni silir
      12:25 | Gələn il üçün nəzərdə tutulan büdcə kəsiri açıqlandı
      12:20 | HƏMAS atəşkəsə əməl etməsə, müharibə yenidən başlayacaq - Tramp
      12:00 | Ramiz MEHDİYEVİN VƏKİLİ KİMDİR? - FOTO
      11:50 | Vaxtı keçmiş, yararsız məhsullar necə məhv edilir?- VİDEO
      11:47 | Madaqaskarda Fransa əleyhinə etiraz aksiyaları keçirilir
      11:44 | Elektrikli və hibrid avtomobillərin idxalı üzrə göstəricilər açıqlanıb
      11:40 | Tramp təlimat verdi -  CIA əməliyyat keçirəcək
      11:30 | Emin ƏMRULLAYEVİN “ŞƏRQ-QƏRB” SEVDASI - “Vasitəçiliyi “5-ci kolon”un bu nümayəndəsi həyata keçirir...”
      11:25 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      11:00 | “Dron divarı” qurulmasa, Avropa təhlükədə qalacaq - XƏBƏRDARLIQ
      10:55 | Bakıda silahlı insident -  İki nəfər güllələndi
      10:50 | İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanlılar saxlanıldı
      10:45 | "Britaniya və Ukrayna kəşfiyyatları “Türk axını”na TƏXRİBAT HAZIRLAYIR"-  Bortnikov
      10:40 | Türkiyə Qəzzaya ekspertlər göndərəcək
      10:35 | Vaşinqton Yaponiyadan Rusiya neftini almağı dayandıracağını gözləyir
      10:33 | Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,5 milyard manat xərcləyəcək
      10:30 | Bütün növ pensiya alanların nəzərinə: Gələn il pensiyaların artacağı gözlənilir
      15-10-2025
      20:00 | "Boz Kardinal"ın VARİDATININ BİR QİSMİ - 216 hektar, 155 hektar, 50 hektar, 892 sot, 240 sot.../ARAŞDIRMA /SİYAHI
      19:30 | Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?- “Daha əvvəlki bütün razılaşmalara hörmətlə yanaşacaq...”
      19:25 | Rusiya-Qazaxıstan sərhədində kollaps - 2500 yük maşını bu səbəbdən saxlanılıb
      19:15 | “HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
      15:30 | Nazirlikdə üçüncü kadr dəyişikliyi -  Eşqi Bağırov da getdi?
      15:25 | Sİ internetdə dərc olunan məqalələrin sayında insanlara çatdı -  “Axios”
      15:20 | Sabahın havası: Şimşək çaxacaq, leysan yağış, dolu yağacaq  
      15:15 | Əflatun Amaşova yeni - daha bir vəzifə verildi
      15:10 | Ramiz Mehdiyev 107 YAŞINA QƏDƏR HƏBSDƏ QALA BİLƏR - Hüquqşünas
      15:00 | Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
      14:55 | Rusiya Ukraynada bu qədər hərbçisini itirib -  Yeni rəqəm açıqlandı
      14:50 | Türkiyədə dəhşətli avtomobil qəzası -  7 ölü, 14 yaralı
      14:45 | “Sədərək”dəki sahibkarlar nədən narazıdır? - VİDEO
      14:40 | Ramiz Mehdiyev ev dustaqlığında -  QANUN nələrə İCAZƏ VERİR, nələri QADAĞAN EDİR?
      14:35 | Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib
      14:33 | Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib
      14:25 | Ramiz Mehdiyev bu deputatları məhkəməyə vermişdi...- ADLAR
      14:15 | Ali Məhkəmənin hakiminin 9 milyardı müsadirə edildi - 44 torpaq sahəsi, 51 bina, otellər şəbəkəsi...
      14:10 | MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-  Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur
      14:05 | Əhməd əl-Şaraa Rusiyada -  Bəşər Əsədin ekstradisiyasını istəyəcək
      14:00 | İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
      13:55 | Mehdiyevlərin ailə bankı da batır -  Zərərin həcmi açıqlandı
      13:51 | “Sülh yalnız güclü olduğun zaman əldə olunur”- ABŞ müdafiə nazirindən mühüm açıqlamalar
      13:45 | "MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-  "Demişdi ki, gəlib..." /VİDEO
      13:43 | Baş direktor vəzifəsindən azad edildi -  “Azneft”də struktur dəyişikliyi
      13:40 | "Faktları tapıblar, sübutlar var..."- YAP-dan Ramiz Mehdiyevin HƏBSİNƏ REAKSİYA
      13:37 | Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
      13:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:30 | “BAŞQA HƏBSLƏR DƏ GÖZLƏNİLƏNDİR"- "Onların da layiqli cəza almasının vaxtı çatıb..."
      13:25 | “Ramiz Mehdiyevin mənə nə dəxli var?”- Əli Həsənov danışdı
      13:20 | Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR - DETALLAR
      13:15 | Keçmiş icra başçısı Ramiz Mehdiyevi TƏBRİK ETDİ - FOTO
      13:12 | Atəşkəsdən sonra Həmas və yerli klanlar arasında toqquşmalar başlayıb - CNN
      13:10 | Ramiz Mehdiyev bu cinayətləri TƏK TÖRƏTMƏYİB! - Adlar AÇIQLANDI
      13:05 | Putin Suriya lideri Şara ilə görüşəcək - Reuters
      13:02 | İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı
      13:00 | Məşhur general işdən azad edildi
      12:55 | Pakistan-Əfqanıstan sərhədində toqquşmalar yenidən şiddətləndi
      14-10-2025
      23:45 | Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
      23:40 | RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
      23:35 | Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      18:45 | Azərbaycan-Pakistan-Türkiyə SPİKERLƏRİNİN GÖRÜŞÜ - İslamabad Bəyannaməsi qəbul edildi
      18:30 | Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
      18:20 | Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
      18:15 | Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
      18:10 | Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
      18:00 | DÜNYADAKI ƏN BAHALI MADDƏ - Nə qızıl, nə də platindir
      17:55 | Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
      17:50 | Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
      17:45 | Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
      17:40 | Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
      17:30 | Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
      17:25 | Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
      17:20 | İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
      17:15 | Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
      16:35 | Əhali dərmana niyə 1 milyard manat xərcləyib?- İqtisadçı-ekspert
      16:15 | “ÇƏKİNİRƏM, QORXURAM...” -  “Daha o məclislərə getmirəm...”
      14:30 | Bakıda TAKSİLƏRİN SAYINA LİMİT QOYULDU - Nazirlər Kabinetindən TƏSİRLİ QƏRAR /VİDEO
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.