CHP-nin yeni liderinin PKK sirri – Türkiyəni hansı sensasion hadisə gözləyir?

Bay bay Kemal
Globall.az Globalinfo.az-a istinadən bildirir ki, Kılıçdaroğlu CHP tarixinin ən mübahisəli və səriştəsiz sədri oldu. Ümumiyyətlə, K.Kılıçdaroğlu 13 illik sədrlik müddətində CHP-yə prezident və parlament seçkilərində qələbə qazandıra bilmədi. Halbuki onun son prezident seçkisində qələbə üçün ciddi şansları var idi.
Müxalifət blokunun israrlarına baxmayaraq, K.Kılıçdarğlu İstanbul və ya Ankara bələdiyyə başçıları Əkrəm İmamoğlu və Mənsur Yavaşın namizədliyini irəli sürmədi. Hətta K.Kılıçdaroğlunun prezident seçkilərinə özünün qatılması AKP-nin seçkilərdə daha rahat qələbə qazanmasına gətirib çıxardı.

Betərin betəri
13 illik K.Kılıçdaroğlu sədrliyi bitsə də, CHP üçün daha pis günlərin qarşıda olduğunu demək olar. Əvvəlcə onu deyim ki, hazırda CHP daxilində ciddi şəkildə fikir ayrılıqları var. Bu fikir ayrılıqları, mövqe fərqlilikləri özünü partiyanın sədr seçkilərində şəkildə göstərdi.
Belə ki, Ö.Özəl 812 səs toplayaraq CHP-nin yeni sədri oldu. Kamal Kılıçdaroğlu 536 səs toplayıb. Aradakı səs fərqi çox olmadığı kimi, CHP daxilindəki fikir ayrılıqlarının hansı həddə olduğunu göstərir.

O, partiyasını gələn ilin martında baş tutacaq bələdiyyə seçkilərinə hazırlamalıdır. Hədəf isə Ankara, İstanbul bələdiyyələri başda olmaqla qələbə qazanılan mövcud yerləri qoruyub yeni şəhərlərdə qələbə qazanmaqdır. Özəl böyük ehtimalla bu sınaqdan üzü ağ çıxacaq, lakin Kılıçdaroğlunun kadrlarından da canını qurtarmağa çalışacaq.
Öcalana azadlıq?
Özəlin də Kılıçdaroğlu kimi HDP-yə münasibəti loyaldır. Misal üçün, CHP millət vəkili kimi Özəl sosial uzlaşma ilə bağlı təkliflər verib. O, kənd mühafizəsinin ləğvini istəyib. Halbuki, kənd mühafizəsi PKK-nın qorxulu yuxusuna çevrilib və kəndlərdə terror təşkilatının sosial dayaq əldə etməsinin qarşısını böyük ölçüdə alıb. Bundan başqa, o, qanunsuz olaraq dövlət əleyhinə toplantı və nümayiş keçirənlərə verilən həbs cəzasının pul cəriməsi ilə əvəzlənməsini təklif edib.

Nəticə etibarilə Ö.Özəl liderliyində CHP-ni daha çətin və xaoslu günlər gözləyir. Uzun müddətdir partiya daxilində yaranan çatlar onun sədrliyində parçalanmaya gətirib çıxara bilər. Yəni CHP də MHP kimi parçalana bilər.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: