Ermənilər işğal etdikləri ərazilərdə yanğın törədib
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğınlar törədib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun hərbiçiləri işğal etdikləri Tərtər rayonunun "Üçüncü sovxoz" adlanan ərazisinə od vurub. Alov daha da genişlənərək qoşunların təmas xəttinə yaxınlaşır.
Hazırda yanğın davam edir.
Oxunub: 334
Xəbəri paylaş
Paylaş: