Gürcüstanın müdafiə naziri Azərbaycana səfərə gəlib
Noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ölkəmizə səfər edib.
Globall.az bildirir ki, bu barədə Pravda az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
İkitərəfli və üçtərəfli formatda keçiriləcək görüşlərdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş: