"Onun nəşini Rusiyadan gətirməliyik"
Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilərək Şuşada dəfn edilməsi təşkil edilməlidir. Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır.
Globall.az Kult.az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa çıxış edib.
O bildirib ki, Rusiya ilə münasibətlərin normal olmasından istifadə edib buna nail olmaq mümkündür:
"Biz Qarabağa yalnız insanları deyil, həmçinin Azərbaycan dövlətçiliyində xidməti olan, tariximizə mühüm şəxsiyyət kimi düşmüş şəxslərin ruhunu da qaytarmalıyıq".
Qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan vəfat edib. Səhəri gün - 1943-cü il yanvarın 4-də Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə Yusif Vəzirə bəraət verilib.