Sakit okeanda güclü zəlzələ olub
Sakit okeanda 6,3 maqnitualı zəlzələ olub. Globall.az report-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Mərkəzin verilənlərinə əsasən, yeraltı təkanların episentri əhalisi təqribən 3,3 min nəfər olan Anqa-Roa şəhərindən (Pasxa adası, Çili) 896 km aralıda yerləşib. Zəlzələnin ocağı 2 km dərinlikdə olub. Bölgədə sunami təhlükəsi elan olunmayıb. Xatırladaq ki, daha öncə Sakit okeanda - Kuril adalarının sahilində - güclü zəlzələ olmuşdu.
Oxunub: 57
Xəbəri paylaş
Paylaş: