Rauf Hüseynova yüksək vəzifə verildi
Rauf Hüseynov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyin edilib. Globall.az "Presstv"az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov əmr imzalayıb. O, son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub. Qeyd edək ki, R. Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri vəzifəsində işləyib.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: