İndoneziyada güclü zəlzələ oldu
İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Globall.az APA-ya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri təxminən 2 milyon 370 min əhalinin yaşadığı Surabaya şəhərindən 167 km şimal-qərbdə olub. Zəlzələ ocağı yerin 10 km dərinliyində olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş: