Latviyada son dörd gündə koronavirusa yoluxan olmayıb
Latviyada ardıcıl dörd gün koronavirusa yoluxma halı qeydə alınmayıb.
Bu barədə “RİA Novosti” ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinə istinadla xəbər yayıb.
Bildirilir ki, pandemiyanın başlanğıcından etibarən 141 713 test keçirilib. Koronavirus aşkarlanan 1 111 nəfərdən 30-u ölüb.
İyunun 24-nə olan məlumata görə, yoluxanlardan 903 nəfər və ya 81,4%-i sağalıb.
8 nəfər xəstəxanalarda müalicə olunur, onların 7-sinin vəziyyəti orta-ağır, birinin vəziyyəti ağırdır.
Oxunub: 388
Xəbəri paylaş
Paylaş: