Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər
Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
Globall.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana məlumat yayıb.
Nazirlik rəsmisi bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş: