Mart ayında Türkiyə limanları 5 minə yaxın gəmi qəbul edib
Bu ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul edib. Globall.az-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub. 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718 gəmi qəbul edib. “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, - deyə nazirlikdən bildirilib.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş: