Şimali Koreyada Kim Çen Inı narahat edən xəbər
Şimali Koreya raket daşıyıcısının havada partlaması səbəbindən kəşfiyyat peykini orbitə çıxarmaq cəhdinin uğursuzluğa düçar olduğunu açıqlayıb.
Globall.az xəbər verir ki, son silah sınağı ilə bağlı açıqlama dünən gecə naməlum raket atmış Şimali Koreyadan gəlib. Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərə görə , Milli Aeronavtika və Kosmik Texnologiyalar İdarəsi (NATA) “Malligyong-1-1” adlı kəşfiyyat peykinin buraxılış sınağını həyata keçirib. Şimali Phyonqan əyalətindəki Sohae Peyk Atma Sahəsində həyata keçirilən sınaqda yeni hazırlanmış peyk daşıyıcı raketdən istifadə edildiyi bildirilib və raketin buraxılışdan qısa müddət sonra havada partladığı bildirilib. İlkin araşdırmalarda qəzanın maye oksigen və benzin mühərrikində yaranan nasazlıq nəticəsində baş verdiyi müəyyən edilib və hadisə ilə bağlı ətraflı araşdırmalara başlanıldığı bildirilib.
Yaponiya Sahil Mühafizə Qüvvələrini (JCG) xəbərdar edən Şimali Koreya, 27 May – 3 İyun tarixləri arasında peyk buraxmağa cəhd edəcəyini açıqladı və dünən gecə saat 22.44-də Pxenyanın Sarı dənizə doğru naməlum raket atdığı bildirildi. Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimali Koreyanın peyk daşıyıcı raket atdığının qiymətləndirildiyi bildirilib.
Şimali Koreya keçən ilin may və avqust aylarında iki uğursuz buraxılış cəhdindən sonra özünün “Malligyong-1” adlı casus peykini noyabr ayında orbitə uğurla yerləşdirdiyini açıqlayıb. Pxenyan administrasiyası 2024-cü ildə orbitə yeni peyklər göndərməyi hədəflədiyini açıqlayıb.\turkustan.az/