ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi SÖKÜLƏRƏK SATILIB
ADAU haqqında qısa məlumat: Hazırda ADAU Zaqafqaziyada kənd təsərrüfatı mütəxəssisi yetişdirən yeganə təhsil ocağıdır.
Nəzərə alsaq ki, hazırda dövlət Proqramı çərçivəsində qeyri neft sektorunun ən mühüm sahəsi, hətta özəyi olan kənd təsərrüfatının inkişafı üçün mütəxəssis yetirən yeganə ali təhsil ocağı olan ADAU-nun maddi-texniki bazasının zənginliyi böyük əhəmiyyət kəsb edir. Elə bu baxımdan da bir neçə il öncədən ADAU da tələbə şəhərciyi, fermalar, laborotoriyalar, təcrübə üçün xüsusi ərazilər tikilib, quraşdırılıb istifadəyə veridi. Bəs sonra nə, nələr baş verdi?
Həmin zamanlarda, yəni ADAU-da İbrahim Cəfərovun rektor olduğu dövrdə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə İsrail hökuməti ilə dirgə suvarma sistemi quraşdırıldı. İstifadəyə verilən bu sistem əsas sahələrdən birinə, su, meliorasiya ixtisası üzrə təhsil alan tələbələrin təcrübə məqsədi üçün quraşdırıldı. Burada təbii ki, Heydər Əliyev Fonduna, şəxsən Fondun Prezidenti Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk.
Amma, hazırda əfsuslar olsun ki, əldə etdiyimiz məlumatlardan bəlli oldu ki, həmin sistem ləğv olunub.
Belə ki, 06.09.2022-ci ildə sabiq rektor İbrahim Cəfərovdan sonra rektor əvəzi olaraq adı gedən universitetə Bakıdan Zəfər Qurbanov transfer edildi. Sonra, yəni 23 avqust 2023 cü ildə isə ölkə başçısının sərəncamı ilə Z.Qurbanov ADAU-ya rektor təyin olundu.
Elə ADAU-nun “QARA günlər”i də bundan sonra başladı. Qısa olaraq məlumat verək ki, 2025-ci ilin əvvəlindən etibarən universitet daxilindən şikayətlərin nəticəsi olaraq artıq aprel ayının 9-dan universitetdə Maliyyə nazirliyi tərəfindən yoxlamalar aparılır. Əldə etdiyimiz məlumatlardan məlub olub ki, ADAU-nun maddi-texniki bazası talan olub. Hətta məmur gözü necə azğınlaşıb ki, Heydər Əliyev Fondunun, tələbələrın zəngin təcrübə alması üçün quraşdırdılan suvarma sistemi belə sökülərək satılıb ya harasa aparılıb. İzin itməsi üçün isə həmin əraziyə ağac əkilib. Burada bir atalar sözünü xatırladım: "Dəvə gördünmü? Heç qığınıda görmədim". İndi ADAU məhz bu gündədir. Nə dəvə var, nə də qığı. Necə deyərlər, lələ köçüb, yurdu qalıb. Sual olunur: Bu talançılığın sorğusunu soran olacaqmı? Gözləyək...
Mehriban Əzizqızı,
Press-fakt.az