KTMT hələ də bizə "qırmızı xətt"in harada olduğunu göstərməyib - Paşinyan
“Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə tərəfdaşlarımızla Ermənistana hücum ola biləcəyi ilə bağlı narahatlığımızı bölüşəndə KTMT-dən zəmanət aldıq ki, Ermənistan sərhədi onlar üçün qırmızı xəttdir".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2023-cü ilin sentyabrındakı əməliyyatlar zamanı təşkilatdan gözlənilməz cavab aldıq:
"Bunun da mahiyyəti ondan ibarət idi ki, sərhəd aydın deyil. Bizim bir sualımız var, KTMT Ermənistanın ərazi bütövlüyünü tanımırmı? Biz dedik ki, qırmızı xəttin harada olduğunu bizə göstərə bilərsiniz ki, təşkilatla əlaqə saxlaya bilək, amma indiyə qədər bizə o qırmızı xətlər göstərilməyib. İrəvanın KTMT-yə üzvlüyünü bərpa etməsi yox, təşkilatdan çıxması daha real görünür".