Tramp Obamanı fırıldaqçılıqda ittiham edib
ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət başçısı Barak Obamanı 2016-cı il seçkisində fırıldaqçılıqda ittiham edib.
Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.
D.Tramp 2016-cı il prezident seçkisini saxtalaşdırma əməllərini ifşa edən "Fox News" jurnalisti Harrison Filds və Milli Kəşfiyyat təşkilatının rəhbəri Tulsi Qabbardın işini müsbət qiymətləndirib.
" Ən yüksək səviyyədə seçki fırıldaqçılığı ilə bağlı Obama və "quldurlara" qarşı məhkəmə təqibi təklifi möhtəşəm idi", - o yazıb.
Eyni zamanda, ABŞ lideri bir gün əvvəl Obama administrasiyası dövründə ABŞ kəşfiyyatının Trampın prezidentliyini sarsıtmaq üçün siyasi məqsədlər üçün istifadə edildiyini bildirən Qabbardı təbrik edib./oxu.az
Oxunub: 27
Xəbəri paylaş
Paylaş: