Trampdan həmkarına ŞOK TƏKLİF - ÖLKƏNİZƏ QOŞUN YERİDƏK
ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı ABŞ qoşunlarının Meksika ərazisinə yeridilməsini təklif edib, lakin bu təklif qətiyyətlə rədd edilib.
Bu barədə Meksika Prezidenti Klaudia Şeinbaum Milli Sarayda keçirdiyi mətbuat konfransında məlumat verib.
Şeinbaumun sözlərinə görə, o, bu təklifi dərhal rədd edib və bildirib ki, belə bir addım qəbuledilməzdir və müzakirə mövzusu ola bilməz. Meksika lideri həmçinin qeyd edib ki, Tramp sonradan onun mövqeyini anlayışla qarşılayıb.
“Prezident Tramp təklif etdi ki, ABŞ ordusu Meksikaya daxil olsun. Mən cavab verdim: ‘Xeyr, bu müzakirə olunmur’ – və o, bunu qəbul etdi,” – deyə Klaudia Şeinbaum bildirib.
Qeyd edək ki, may ayında Şeinbaum Meksikanın paytaxt bölgələrindən olan Teskokoda universitetin açılışında çıxışı zamanı Trampın bu ideyasını daha əvvəl də rədd etdiyini açıqlamışdı./publika.az