Tramp Respublikaçıların prezidentliyə gələcək namizədini açıqladı
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin Respublikaçılar Partiyasından qarşıdan gələn prezident seçkilərində ən çox ehtimal olunan namizəd olduğunu bildirib.
O bu barədə Ağ Evdə jurnalistin mövzu ilə bağlı sualını cavablandırarkən qeyd edib.
Trampın fikrincə, respublikaçıların gələcək namizədi haqqında danışmaq hələ tezdir, lakin ən çox ehtimal olunan nammizəd Vensdir.
“Əlbəttə, bunu söyləmək hələ tezdir. Amma o, şübhəsiz ki, çox bacarıqlıdır və yəqin ki, indiki məqamda favorit olacaq”, - Tramp əlavə edib.
Eyni zamanda Tramp qeyd edib ki, respublikaçılar arasında dövlət katibi Marko Rubio da daxil olmaqla başqa namizədlər də var.

Press-fakt
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: