Saakaşvilidən Azərbaycan açıqlaması: Yaxında tarixi hadisə olacaq

Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.
Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq.
Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq.
Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, - sabiq prezident bildirib.
M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyət də dəyişmək üzrədir./teleqraf
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: