Ukraynada həlak olan 122 883 rus hərbçisinin adları müəyyənləşdirilib - BBC
BBC və “Mediazona”nın araşdırmasına görə, Ukraynada həlak olan 122 883 rus hərbçisinin adları müəyyənləşdirilib.
Onların 53 faizi müharibə başlayanda ordu ilə heç bir əlaqəsi olmayan şəxslərdir – könüllülər, çağırışçılar və cəzaçəkmə müəssisələrindən cəlb edilmiş məhbuslar.
Araşdırma göstərir ki, ümumi ölüm hallarının 27 faizi könüllülərin payına düşür. 2023-cü ildə bu göstərici daha aşağı – 14 faiz olub.
Həlak olanların 14 faizi məhkumlardır. Bu qrupun payı getdikcə azalır, çünki istintaq orqanları və vəkillər təqsirləndirilənlərə və şübhəlilərə Rusiya ordusu ilə müqavilə imzalamaqla cinayət cəzasından yayınmaq imkanları barədə məlumat verir.
Ümumi itkilərin 11 faizi isə səfərbərlik yolu ilə cəlb edilənlərdir. Ekspertlər hesab edir ki, bu kateqoriyada real rəqəmlər daha yüksək ola bilər, çünki bir çox nekroloqlarda ölənlərin statusu göstərilmir.