"PUTİN MƏNİMLƏ OYNAYA BİLMƏZ!"- "Əgər görüş uğursuz olarsa..."
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada gözlənilən görüşünün həm Moskva, həm də Vaşinqton üçün əhəmiyyətli olacağını bildirib.
Bunu o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ Prezidenti Donald Tramp həm rusiyalı həmkarı Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenskinin münaqişənin həllinə razılıq verəcəklərinə əmin olduğunu bildirib:“Düşünürəm ki, yaxşı görüş olacaq, amma daha vacib olan ikinci görüşümüz olacaq. Prezident Putin, prezident Zelenski və mənim iştirakımla birgə görüşümüz olacaq və ola bilsin ki, bəzi Avropa liderlərini dəvət edək. Ola bilsin ki, yox, hələ məlum deyil”.
“Görüşümüzdə nə baş verəcəyini görəcəyik. Bu, böyük bir görüş olacaq, düşünürəm ki, Rusiya və bizim üçün çox əhəmiyyətli olacaq. Bu, bizim üçün yalnız o mənada vacibdir ki, biz çoxlu insan həyatını xilas edəcəyik”, - Tramp bildirib.
Eyni zamanda, Amerika lideri ilkin olaraq Rusiyanın Alyaskada nadir torpaq minerallarının çıxarılması təklifinin mümkünlüyü ilə bağlı suala cavab verməyib.
Bir daha soruşduqda, “Bu, qətiyyən əhəmiyyətsizdir. Mən insanların həyatını xilas etməyə çalışıram”, - Amerika lideri bildirib.
“Düşünürəm ki, mən prezident olmasaydım, o,(Rusiya Prezidenti Vladimir Putin – Qeyd) bütün Ukraynanı ələ keçirərdi, bu, heç vaxt baş verməməli olan müharibədir. Amma mən prezidentəm və o, mənimlə oynaya bilməz” - deyə, Tramp qetd edib.
ABŞ prezidenti əlavə edib ki, onunla Rusiya lideri arasında görüş uğursuz olarsa, çox tez başa çatacaq: “Əgər bu, uğurlu görüş olarsa, yaxın gələcəkdə sülhə nail olacağıq”.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gözlənilən olub: “Mənim rəhbərliyimdə belə olmayıb və dörd il ərzində heç müzakirə olunmayıb. Münaqişənin yaxınlaşdığını görürdüm, gedəndən sonra nə olduğunu gördüm. Hamı günahkardır, Putin günahkardır, hamısı günahkardır”. (report)
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün gələcəkdə Avropadakı Amerika hərbçilərinin sayını azaltmaq barədə düşünməyə hazır olduğunu bildirib: “Bu sual mənim qarşımda qaldırılmayıb, sonra fikirləşərəm, amma mənə bu barədə sual verilməyib” deyə vurğulayıb.
Press-fakt