Alyaskada Putin əleyhinə aksiya keçirilib - FOTO
Donald Trampla Vladimir Putinin görüşü ərəfəsində Alyaskanın Ankoric şəhərində Ukraynaya dəstək aksiyası keçirilib.
Xarici KİV xəbər verir ki, şəhərin küçələri Rusiya və Putin əleyhinə çağırışlar olan ukraynayönlü plakatlarla doludur.

“Reuters” agentliyinin məlumatına görə, oxşar etiraz aksiyalarının ABŞ-nin digər ştatlarında da keçirilməsi planlaşdırılır. Aksiya iştirakçıları Vladimir Putinin səfərinin əleyhinədir. Etirazçılar həmçinin, Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitdə iştirak etməməsindən narazıdırlar.
Xatırladaq ki, Tramp və Putin arasında görüş Bakı vaxtı ilə saat 23.00-a planlaşdırılıb.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: