Putin Ukrayna ilə bağlı suallara məhəl qoymayıb - eşitməmiş kimi davranıb

Bu gün ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin Alyaskada görüşüblər.
Press-fakt teleqraf-a istinadla xəbər verir ki, KİV dünyanın iki ən böyük dövlətinin liderlərinin görüşü ilə bağlı ən müxtəlif məqamlara dəqqət çəkir.
Qeyd olunur ki, V.Putin və D.Tramp Alyaskada görüşərkən iki dəfə əl sıxıblar, əl sıxma 15 saniyə davam edib.
İlk əl sıxma Ankoric aerodromunda baş tutub (11 saniyə), Tramp əvvəlcə Rusiya Prezidentinə əl uzadıb.
İkinci əl sıxma liderlər üçün hazırlanmış xüsusi podiumda baş tutub.
Bundan başqa, ABŞ mediasında Vladimir Putinin ingiliscə mükəmməl danışması və tərcüməçiyə ehtiyac duymaması xüsusi qeyd olunub.
Rusiya Prezidenti Vladimir Putin Ukraynada mülki şəxslərin öldürülməsi ilə bağlı jurnalistlərin suallarına məhəl qoymayıb.
Alyaskada Rusiya liderinə uçuş-enmə zolağının yaxınlığnda belə sual ünvanlanıb. Buna cavab olaraq, V.Putin sualı eşitməmiş kimi jest edib.
Daha sonra iki lider arasında görüş yerinə gələndə yenidən rusiyalı ölkə başçısına eyni məzmunlu sual ünvanlanıb. O, bu dəfə heç nə eşitməmiş kimi davranıb.