Avropa liderləri də Vaşinqtona dəvət olunub - Ağ Evdə Ukrayna zivəsi olacaq

Vaşinqtonda Trampın Zelenski ilə görüşünə Avropa liderləri də dəvət olunub.
Bu barədə "Nyu York Times" (NYT) qəzeti yazıb. Nəşrin yazdığına görə, Tramp Ukraynaya ərazi güzəştlərini nəzərdə tutan “sülh planı”nı müzakirə etmək istəyir.
NYT onu da qeyd edir ki, Alyaska sammitindən sonra müttəfiqlərin bəyanatlarında artıq ilkin atəşkəs tələbi yoxdur - baxmayaraq ki, bu, əvvəllər məcburi şərt sayılırdı.
Qəzetin yazdığına görə, avropalılar birbaşa sülh sazişində israr edən Trampla birbaşa ziddiyyət təşkil etməməyə çalışırlar.
Nəşr yazır ki, Zelenski öz ritorikasında da ehtiyatlı idi: o, öz bəyanatında Trampın ilkin atəşkəs olmadan sülh sazişi ilə bağlı mövqeyinə açıq şəkildə etiraz etməyib.
Press-fakt
Oxunub: 14
Xəbəri paylaş
Paylaş: