İsrail bütün girovlar müqabilində razılaşmaya hazırdır, amma... bir neçə şərtlə
İsrail Qəzzada bütün girovların azad edilməsi ilə bağlı razılaşmaya hazırdır.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun Ofisindən bildirilib.
"İsrail yalnız bütün girovların eyni vaxtda azad edilməsi şərti ilə və müharibəni dayandırmaq üçün öz prinsipləri çərçivəsində razılaşmanı nəzərdən keçirməyə hazırdır. Bu prinsiplərə HƏMAS-ın tam tərksilah edilməsi, Qəzza zolağının demilitarizasiyası, zolaqda təhlükəsizliyə İsrail nəzarətinin, eləcə də alternativ mülki administrasiyanın yaradılması daxildir", - bəyanatda deyilir./report
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: