ABŞ-dan AÇIQLAMA: Rusiya 5 BÖLGƏNİ GÜZƏŞTƏ GETDİ - Hər şey Kiyevdən asılıdır
![]()
Vaşinqton bazar ertəsi keçiriləcək görüşdə prezident Volodimir Zelenski ilə Rusiya və Ukrayna arasında ərazilərin mübadiləsi məsələsini müzakirə edəcək.
Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff CNN-ə açıqlamasında bildirib.
“Əsas məsələ ərazilərin mübadiləsi ilə bağlıdır. Biz bunu bazar ertəsi müzakirə etməyi planlaşdırırıq. Ümid edirik ki, müəyyən aydınlıq olacaq və bu proses sülh sazişi ilə nəticələnəcək”, – o deyib.
Uitkoffun sözlərinə görə, Moskva artıq Ukraynanın beş regionu ilə bağlı güzəştə gedib:
“Rusiyanın razılaşdığı güzəştlər bütün Ukraynanı ələ keçirmək məqsədini daşımır”, – deyə o əlavə edib.
ABŞ rəsmisi həmçinin qeyd edib ki, Donald Tramp və Vladimir Putin Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri barədə razılığa gəliblər.
Onun sözlərinə görə, indi hər şey Kiyevdən asılıdır.
Press-fakt




















