"6 ayda 6 müharibəni sonlandırmışam..."- Tramp
ABŞ prezidenti Donald Tramp Qəzadda baş verən soyqrıma qarşı artan narazılıqlar fonunda israilli girovların azad edilməsi haqqında yazıb.
O, bununla bağlı sosial media hesabında fikirlərini bölüşüb.
“Girovların geri qaytarılmasını yalnız HAMAS məhv edildikdən sonra görəcəyik. Bu nə qədər tez baş versə, uğurun ehtimalı da bir o qədər çox olar. Xatırlayın, yüzlərlə girovun azad edilərək İsrailə və Amerikaya gətirilməsi barədə müzakirələri mən aparmışam. Mən, sadəcə 6 ayda 6 müharibəni sonlandırmışam. Mən, İranın nüvə təsisatlarını məhv etmişəm. Ya udmaq üçün oynayın, ya da ümumiyyətlə oynamayın”- Tramp qeyd edib.
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: