"NƏ QƏDƏR AĞILSIZ SƏSLƏNSƏ DƏ... PUTİN SAZİŞ BAĞLAMAQ İSTƏYİR"- Tramp

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı saziş bağlamaq istəyir.
Report xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə Avropa liderləri ilə görüş ərəfəsində Fransa prezidenti Emmanuel Makrona deyib.
"Düşünürəm ki, o (Putin-red) müqavilə bağlamaq istəyir. Başa düşürsünüz? Nə qədər ağılsız səslənsə də", - Tramp Fransız həmkarına deyib.
Qeyd edək ki, bu dəqiqələrdə Ağ Evdə Tramp və Zelenskinin Avropa liderləri ilə görüşünün mətbuata qapalı hissəsi keçirilir.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş: