“Ukraynada SOCAR-ı vururlar, SİLAH MARŞRUTLARINI YOX...”- “Bu, absurdlar teatrıdır”
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya tərəfindən həyata keçirilən hücumların məntiqsiz xarakterinə diqqət çəkib.
Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan qazının çatdırılma marşrutları və SOCAR-a məxsus yanacaq infrastrukturu Rusiya tərəfindən hədəfə alınır. “Amma qəribədir ki, Ukraynaya hərbi yardımın çatdırıldığı marşrutlar – o cümlədən Polşa və Macarıstan sərhədləri yaxınlığında yerləşən ərazilər, eləcə də Odessadakı liman infrastrukturu Rusiya hücumlarından kənarda qalır”, – deyə sabiq nazir bildirib.
Onun sözlərinə görə, bu vəziyyət Rusiya rəhbərliyinin Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbi dəstək almasına və müharibəni davam etdirməsinə şərait yaratdığı təəssüratını doğurur: “Bu o deməkdir ki, Rusiya rəhbərliyi Ukrayna ordusunun Qərbdən hərbi yardım almasını və Rusiya ilə müharibəni davam etdirməsini faktiki olaraq mümkün edir. Bu, olduqca qəribə mənzərədir. Sanki baş verənlər absurdlar teatrıdır.”
Press-fakt