Rusiya atəşkəs təklifini RƏDD ETDİ – Ukraynada müharibə daha da ALOVLANACAQ...

“Ağ Evdəki görüşün əsas nəticəsi odur ki, Donald Tramp Zelenski və Putin arasında qarşılıqlı ərazi güzəştlərinin mümkünlüyünün müzakirə olunacağı ikitərəfli görüşü növbəti iki həftə ərzində təşkil edəcək”.
Bu fikirləri ukraynalı politoloq Maksim Yali deyib.
ABŞ Prezidenti Donald Trampın və Avropa İttifaqı ölkələrinin rəhbərlərinin Ukrayna lideri ilə görüşünü şərh edən analitik, nəticə əldə etmək üçün ciddi işlərin aparıldığını qeyd edib.
“Başqa məsələ isə, Donald Trampın belə bir görüşü təşkil edə bilib-bilməyəcəyi, xüsusən də Putin köməkçisi Uşakovun bəyanatlarını nəzərə alsaq, Rusiyanın buna hazır olub-olmaması məsələsidir. Uşakov bildirmişdi ki, Rusiya nümayəndə heyəti səviyyəsində danışıqlara hazırdır. Rusiya tərəfinin belə bir görüşə hazır olması barədə rəsmi təsdiq yoxdur”.
ABŞ-da əsas danışıqlar Ukraynanın təhlükəsizliyinə Qərbin zəmanəti oldu ki, bu da Ukrayna üçün həyati önəm daşıyır:
“Digər mühüm nəticə isə təhlükəsizlik təminatları məsələsinin müzakirəsi oldu ki, bu da Ukrayna üçün əsas məsələlərdən biridir. Çünki biz artıq 1994-cü ildə Budapeşt memorandumunu, 1997-ci ildə Rusiya ilə ikitərəfli müqavilə imzaladıqdan sonra kağız üzərində təminatlar almışdıq. Amma bütün bu müqavilələr Rusiya tərəfindən pozuldu. Buna görə də indi Ukrayna üçün təhlükəsizlik təminatlarında əsas məsələ Ukrayna ordusunun gücləndirilməsi üçün təminatlar və silah tədarükünün davam etdirilməsidir. Çünki yalnız Ukrayna ordusu Ukraynanın təhlükəsizliyinin təminatıdır”.
Müharibə isə təbii olaraq davam edəcək:
“Çünki Putin Alyaskadakı görüşdə atəşkəsdən imtina etdi. Müharibə davam edir. Bu gecə Ukrayna ərazisinə növbəti raket və dron hücumu oldu. Hücumlar davam edəcək, çünki Putinin özü bunda maraqlıdır. O, danışıqlarda mövqelərini gücləndirmək üçün vaxtı maksimum uzatmağa çalışacaq”, - deyə ukraynalı analitik əlavə edib./bizim media