İngiltərədə etirazlar - anti-immiqrasiya tərəfdarları ilə əks-etirazçılar üz-üzə
İngiltərədə sığınacaq axtaran miqrantların yerləşdirildiyi 26 oteldə anti-miqrant aksiyaları elan olunub.
“Independent” xəbər verir ki, aksiyaların İngiltərənin müxtəlif şəhərlərində həftəsonu keçirilməsi planlaşdırılıb.
Bu gün İngiltərənin Portsmut şəhərində keçirilən aksiyada anti-immiqrasiya tərəfdarları ilə əks-etirazçılar üz-üzə gəlib. Polis iki qrup arasında məsafə saxlanmasını təmin edib. Anti-immiqrant qrup “Onları evlərinə göndərin” şüarı səsləndirərkən, əks-etirazçılar “Qaçqınlar burada xoş qarşılanır” deyə cavab veriblər.
Qeyd edək ki, Esseksdəki “The Bell Hotel” qarşısında keçirilən aksiyadan sonra etirazların sayı artıb. Norviçdə keçirilən nümayiş zamanı iki nəfər saxlanılıb./modern.az
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: