İrəvanda GƏRGİN ANLAR: Etirazçılar metronu BAĞLADI

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvan metrosunun işinə mane olub.
Globall.az xəbər verir ki, bununla bağlı “Ermənistan” fraksiyasının “Teleqram” kanalında görüntülər yer alıb.
Kadrlarda etirazçıların “Eritasardakan” metro stansiyasında vaqonların qapılarını tutaraq onu yerindən tərpənməyə qoymadığı görünür.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Müxalif partiyaların etiraz aksiyaları mayın 18-də də davam edib.
Etirazçılar bu gün səhər saatlarında paytaxt küçələrini bağlamağa cəhd göstəriblər. Aksiyaların gedişində polis tərəfindən saxlanılan nümayişçilərin sayı 352 nəfərə çatıb. (modern.az)
Oxunub: 237
Xəbəri paylaş
Paylaş: