"Hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil"- İsrail səfiri
Məncə, hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil. Hətta İsrailin xarici işlər naziri bunu iki dövlətli həll yox, iki dövlətli illüziya adlandırıb.
Bunu İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun APA-ya müsahibəsində deyib.
"Təəssüf ki, biz hələ də HAMAS-la müharibə aparırıq. 50 nəfər girov azad edilmədiyi müddət ərzində, heç bir həll yolundan söhbət gedə bilməz. Girovlar azad edilməli, HAMAS-ın Qəzzadakı hakimiyyəti sonlanmalı və Qəzzadakı fələstinlilər üçün uzunmüddətli həll yolu tapılmalıdır", - səfir qeyd edib.
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: