Ukrayna Rusiyanın iki “Mİ-8” helikopterini məhv etdi
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) “KABUSLAR” xüsusi təyinatlı dəstəsi Simferopol yaxınlığındakı Rusiya aviabazasına PUA ilə zərbə endirib.
Bu barədə QUR öz “telegram” kanalında məlumat verib və video paylaşıb. Hücum nəticəsində iki “Mi-8” helikopteri vurulub.
Məhv edilən texnikanın ilkin dəyəri 20-30 milyon dollar qiymətləndirilir.
Eyni əməliyyat zamanı Sevastopol körfəzində yerləşən “BUK-2190” Rusiya yedək gəmisi vurulub. Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hücum zamanı gəmiyə xüsusi döyüş başlığı yönəldilib və onun vasitəsilə gəmi sıradan çıxarılıb.
Press-fakt
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: