“Mən heç nəyə görə pul ödəmirəm”- Rusiyalı nazirdən ilginc cavab /VİDEO
Çinə ŞƏT-in sammitini işıqlandırmağa gedən rusiyalı jurnalistlər çətin duruma düşüblər. Məlum olub ki, Rusiyanın öyündüyü olduqca yaxın Çin-Rusiya strateji əməkdaşlıq münasibətlərinə baxmayaraq, Çin ərazisində Rusiyanın bank kartları işləmir.
Jurnalist Rusiya kartlarının Çində işləmədiyini nəzərdə tutaraq, nazirdən soruşur ki, hazırda səfərdə olduğu Çində ödənişləri nə ilə edir?
Nazir cavabında deyir: “Mən heç nəyə görə pul ödəmirəm”.
Jurnalist soruşur: “Deməli, sizə görə bizim vergilərimiz(yəni, rusiyalıların büdcəyə ödədiyi pullar – red.) ödəniş edir”.
Nazir cavab verməkdə çətinlik çəkərək gülür. Bu yerdə ona yaxınlaşan “Rosneft”-in Prezidenti İqor Seçin naziri vəziyyətdən çıxarmağa çalışaraq, “(sizin yox) bizim vergilərimiz” deyib. Yəni, demək istəyib ki, Rusiya nümayəndə heyətinin xərclərini böyük neft-qaz şirkətləri ödəyir...
Bu dialoqun özü Rusiyanın, onun sıravi vətəndaşlarının maliyyə sanksiyaları səbəbindən necə ciddi problemlər yaşadığını göstərir - hətta “qardaş” Çində də Rusiya banklarının kartları işləmir. Buna baxmayaraq, Putin hələ də Ukraynada müharibəni dayandırmaq əvəzinə absurd bəhanələr və mənasız arqumentlər söyləməkdə, eyni zamanda da dinc əhalini qırmaqda və işğalı sürdürməkdə davam edir.
VİDEO linkdə: https://www.facebook.com/reel/638939279272671