Rus generalı Bakı ermənisi partladıb?- Robert Səfəryan saxlanılıb
Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBD) rəisi general İqor Kirillovun qətli ilə bağlı iş üzrə yeni detallar açıqalnıb.
Rusiya mediasının yazdığına görə, cinayət işində Bakıda doğulmuş erməni əsilli Rusiya vətəndaşının adı keçir.
Həmin şəxsin Bakıda doğulduğu, lakin hazırda Rusiya vətəndaşlığının olduğu qeyd edilir. Cinayət işinin materiallarında qeyd olunur ki, 2024-cü il dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub: “Cinayəti törətməkdə şübhəli bilinən Robert Səfəryan saxlanılıb”
İstintaqın müəyyən etdiyi kimi, partlayıcı qurğu Binaya girişin yaxınlığında dayanmış elektrik skuterinə qoşulub. Bomba uzaqdan partladılıb. Partlayıcı qurğunun gücü təxminən 300 qram trotil ekvivalentində qiymətləndirilib.
Həmçinin, cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Özbəkistan vətəndaşı saxlanılıb. Dindirmə zamanı o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü bildirib.
Press-fakt