TƏBRİZİN "Traktor"unun ÇL oyunları Azərbaycanda CANLI YAYIMLANACAQ - VİDEO
Azərbaycan teleməkanında ilk dəfə olaraq Asiya Çempionlar Liqasının oyunları İdman TV-də canlı yayımlanacaq.
Press-fakt "qaynarinfo"ya istinadla xəbər verir ki, bu həm turniri izləmək istəyən azarkeşlər, həm də Təbrizin sevilən komandası "Traktor”un tərəfdarları üçün əsl müjdədir.
Turnirin ilk turu çərçivəsində ərəb derbisi baş tutacaq. Sentyabrın 15-də saat 20:00-da Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vəhda” klubu öz meydanında Səudiyyə Ərəbistanının "Əl İttihad” komandasını qəbul edəcək.
Təbrizin "Traktor” komandası isə ilk turda BƏƏ təmsilçisi "Şəbab Əl Əhli” ilə qarşılaşacaq. Gərgin və maraqlı matç sentyabrın 16-sı saat 20:00-da canlı yayımlanacaq.
Oxunub: 24
Xəbəri paylaş
Paylaş: