"Netanyahu və ailəsinin raketlə parçalanmasını istəmirəm..."- Prezidentdən sərt sözlər

Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edən Çili lideri Boric İsrailin Qəzzaya vəhşi hücumlarına görə mühakimə olunmasını istəyib.
Press-fakt xəbər verir ki, Netanyahunu sərt sözlərlə hədəf alan Qabriel Boric "Netanyahu və ailəsinin raketlə parçalanmasını istəmirəm. Netanyahu və Fələstin xalqına qarşı soyqırımına görə məsuliyyət daşıyanların beynəlxalq məhkəmə qarşısında cavab verməsini istəyirəm"- deyib.
Çili prezidenti Boric İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzadakı qətliamlara görə beynəlxalq məhkəmə tərəfindən mühakimə olunmasını tələb edib.
Boric Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında etdiyi çıxışında İsrailin Qəzzaya hücumlarını, İranı bombalamasını və eyni zamanda Ukraynanın işğalını pisləyib.