“Türk ordusunun Azərbaycanda…” –
“Blumberq”dən Türkiyə əleyhinə məqalə
“Türkiyə Osmanlı imperiyasından sonra ilk dəfə olaraq, geniş coğrafiyada hərbi gücünü artırır. Türk donanmasının Qara, Egey və Aralıq dənizlərindəki fəaliyyəti diqqət çəkir”.
Məqalədə xatırladılıb ki, Türkiyə Liviyadakı tarazılığı dəyişmək üçün bu ölkəyə hərbi qüvvə göndərib: “Türk ordusu Suriya, İraq, Qətər, Somali və Balkan yarımadasında da fəaliyyət göstərir. Eyni zamanda, Aralıq, Egey və Qara dənizlərdəki manevrlərin sayı artır”.
Məqalədə iyul ayında Ermənistanın Azərbaycana qarşı təcavüzkar hücumundan sonra Ankaranın Bakıya verdiyi dəstəyə də diqqət çəkilib. Erməni təxribatının qarşısının alınmasından sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərə başladığını xatırladan nəşr yazıb ki, Türkiyə Azərbaycana yerli istehsal olan dron və yeni müdafiə sistemlərini verməyə hazırlaşır.