İsrail hərbçiləri Azadlıq Donanması Koalisiyasının gəmilərinə hücum etdi
İsrail Hərbi Dəniz Qüvvələrinin ünsürləri Qəzza zolağının qeyri-qanuni blokadasını yarmağa və humanitar yardım çatdırmağa cəhd edən Azadlıq Donanması Koalisiyasına məxsus gəmiləri beynəlxalq sularda qanunsuz olaraq ələ keçirib.
Donanmanın canlı yayımlarında İsrail ordusunun "dayanmasalar, gəmilərə müdaxilə edəcəyi" anonsları eşidilib.
Yayımda, elanlardan sonra gəmilərdəki iştirakçıların əvvəlcədən müəyyən edilmiş fövqəladə hal protokollarına uyğun olaraq oturub gözlədikləri, xilasedici jiletlər geyindikləri görüldü.
Canlı yayımda filodakı gəmilərin İsrail donanmasının hücum katerləri ilə əhatə olunduğu, gəmilərdə telefonlarını dənizə atan iştirakçıların görüntüləri də ekranlarda göstərilib.
Press-fakt
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: