Putin Trampla görüş üçün Macarıstana necə səfər edəcək? - Aİ rəsmisi açıqladı
Avropa İttifaqının (Aİ) sanksiyaları Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Avropa İttifaqı ölkələrinə səfərini qadağan etmir, buna görə də onların Budapeştə mümkün səfərinə heç bir maneə yoxdur.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Ulof Qill bildirib.
Qillin sözlərinə görə, Avropa Komissiyası ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Budapeştdə keçirilə biləcək görüşün perspektivini müsbət qarşılayır, əgər bu görüş Ukraynada davamlı sülhün əldə edilməsinə töhfə verə bilərsə.
“Avropa Komissiyası Ukraynada dayanıqlı sülhə gətirib çıxara biləcək bütün təşəbbüsləri alqışlayır. Əgər belə bir görüş bu məqsədə xidmət edəcəksə, biz onu dəstəkləyirik,” – deyə rəsmisi bildirib.
Qill əlavə edib ki, Putinə qarşı tətbiq edilən sanksiyalar aktivlərin dondurulması ilə məhdudlaşır və onun səfər azadlığını məhdudlaşdırmır.
Press-fakt