Trampdan Zelenskiyə: "Özümüzə lazımdır, verə bilmərik"

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşən və “Tomahawk” raketləri tələb edən Ukrayna Prezidenti Volodimir Zelenski gözlədiyi cavabı ala bilməyib.
Press-fakt xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Ukrayna liderinin “Tomahawk” tələbini açıq şəkildə rədd edib.
Müharibənin bitməsini istədiyini deyən Tramp Rusiya Prezidenti Vladimir Putinin də onunla eyni fikirdə olduğunu söyləyib. Tramp bildirib ki, Putin vaxta qazanmağa çalışa bilər görə dayana bilər və bununla bağlı narahatlıqları var.
Raket mövzusuna toxunan ABŞ lideri özlərinə lazım olduğu üçün Ukraynaya “Tomahawk” verə bilməyəcəklərini söyləyib:
“Bizə lazımdır. “Tomahawk”lara ehtiyacımız var. Bu bir problemdir. Pul məsələsi deyil. “Tomahawk”lara və Ukraynaya göndərdiyimiz bir çox silahlara ehtiyacımız var. Ümid edirəm ki, bu raketləri göndərməyimizə ehtiyac qalmayacaq”.
Volodimir Zelenski də öz növbəsində Ukrayna pilotsuz təyyarələri və “Tomahawk”ların ikitərəfli ticarətini təklif edib. Tramp bu təklifə “Ukrayna çox yaxşı pilotsuz təyyarələr istehsal edir” deyərək reaksiya verib.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl Vladimir Putinlə telefon danışığı zamanı ““Tomahawk”lardan danışdıqlarını deyib.
“Putinə dedim ki, əgər etiraz etmirsinizsə, rəqiblərinizə bir neçə min “Tomahavk”lar verək? Bu ideya onun xoşuna gəlmədi”, - deyə Tramp söyləyib.