“Putinin pulu, əsgəri və ideyaları tükənir"- "Döyüş meydanındakı hadisələr göstərir ki...”
Vladimir Putin cəbhədə minimal uğurlar üçün böyük bir bədəl ödəyir və onun resursları sürətlə tükənir.
Bunu NATO-nun Baş katibi Mark Rutte Londonda "Könüllülər koalisiyası"nın iclasından sonra keçirilən mətbuat konfransında deyib.
"Yüz minlərlə rus Putinin təcavüzünə görə ölür. Ukrayna özünü cəsarətlə müdafiə etməyə davam edir və bizim dəstəyimiz də bunun üçün çalışır. Həqiqət budur ki, Putinin pulu, əsgəri və ideyaları tükənir", - Rutte vurğulayıb.
Onun sözlərinə görə, cəbhədəki mövcud vəziyyət Rusiya ordusunun yalnız böyük itkilər bahasına kiçik irəliləyişlərə qadir olduğunu təsdiqləyir.
NATO-nun Baş katibi həmçinin hazırkı təmas xətti boyunca hərbi əməliyyatların dayandırılmasının zəruriliyini bəyan edən ABŞ Prezidenti Donald Trampın mövqeyini dəstəkləyib.
Rutte qeyd edib: "Rusiyaya hərbi əməliyyatlara son qoymaq və Ukrayna üçün ədalətli sülh yaratmaq üçün təzyiqi artırmağın vaxtı gəlib çatıb".
O, həmçinin Avropa müttəfiqlərinin və Kanadanın Ukraynaya əlavə hərbi yardım göstərmək qərarını alqışlayıb: "Döyüş meydanındakı hadisələr göstərir ki, Ukraynaya dəstəyimiz bəhrəsini verir və biz eyni ruhda davam etməliyik"./azpolitika






















Bir şəklin tarixçəsi:
