Litva NATO Nizamnaməsinin 4-cü maddəsini aktivləşdirə bilər
Litva Belarus ərazisindən gələn hava şarlarına görə NATO-ya müraciət edərək 4-cü maddə üzrə məsləhətləşmələrin aparılmasını xahiş edə bilər.
"Reuters" agentliyi xəbər verir ki, bunu Litvanın Baş naziri İnqa Ruqinene bildirib.
O əlavə edib ki, Litva Belarusla sərhədi tamamilə bağlayır və öz səmasındakı bütün hava şarlarını vuracaq. Sərhədi yalnız diplomatlar və Belarusu tərk edən Avropa İttifaqı vətəndaşları keçə biləcəklər.
NATO Nizamnaməsinin 4-cü maddəsi alyans üzvlərindən hər hansı birinin ərazisi, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olduqda, üzv dövlətlərin bir-biri ilə məsləhətləşmələr aparmasını tələb edir./report
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:



















