Pentaqon “Tomahawk” raketlərinin Ukraynaya tədarükünü təsdiqləyib - Tramp qərar verəcək...
Pentaqon ABŞ ehtiyatlarına mənfi təsir göstərməyəcəyi qənaətinə gəldikdən sonra Ukraynaya uzaqmənzilli “Tomaqawk” raketlərinin verilməsinə yaşıl işıq yandırıb. Bununla belə, yekun siyasi qərar Prezident Donald Trampın öhdəsinə buraxılıb. Bu barədə məsələ ilə tanış olan üç ABŞ və Avropa rəsmisi məlumat verib.
Tramp bu ayın əvvəlində Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə işçi nahar zamanı bildirib ki, o, raketləri Ukraynaya vermək istəmir, çünki “biz öz ölkəmizi qorumaq üçün lazım olan şeyləri paylamaq istəmirik.”
Qoşunların Birləşmiş Qərargah Rəisləri Komitəsi bu ayın əvvəlində Ağ Evə öz qiymətləndirməsini təqdim edib — bu, Trampın Zelenski ilə görüşməsindən bir qədər əvvəl baş verib. Zelenski isə Rusiya ərazisinin dərinliyində yerləşən neft və enerji obyektlərini daha effektiv hədəfə almaq üçün bu raketlərin verilməsini istəyirdi.
“Tomaqawk” raketlərinin uçuş məsafəsi təxminən 1,000 mildir (təxminən 1,600 km).
Press-fakt






















