Türkiyədə mafiya futbol hakimlərini qadınlarla şantaj edirmiş: Ahmet Çakar danışdı
"10 il əvvəl bəzi futbol hakimləri mafiya ilə bağlı qrup tərəfindən tələyə salındılar".
Türkiyə KİV-i xəbər verir ki, bu iddia ilə Türkiyənin keçmiş futbol hakimi və hazırda idman verilişlərində ekspert kimi çıxış edən Ahmet Çakar çıxış edib.
O, verilişlərin birində aparıcının "hakimlərə qarşı şantaj və ya təhdid kimi hallar baş verirmi?" sualına cavab verərkən deyib:
"Türkiyədə 10 il əvvəl mafiya qrupu eskortdan dörd çox gözəl qadın tapdı. Hakimlərlə yatıb-durdular, hər şeyin fotoşəklini çəkdilər və videonun yaddaşına köçürdülər. Bunlar o dövrün ən böyük şantaj planlarından biri idi".
Xatırladaq ki, hazırda Türkiyə futbolunda bir çox hakim və futbolçunun mərc oyunlarında iştirakı ilə bağlı təhqiqat aparılır./oxu.az
Oxunub: 19
Xəbəri paylaş
Paylaş:



















