"Qarabağ" qazancını 60 milyona çatdıra bilər - "Çelsi" matçının önəmi
“Qarabağ” bu mövsüm UEFA Çempionlar Liqasının yeni formatında həm idman, həm də maliyyə baxımından tarixi nəticələr əldə edir.
UEFA-nın məlumatına görə, Ağdam təmsilçisi 2025/26 mövsümünə 23,62 milyon avro gəlirlə başlayıb. Bu məbləğə 18,62 milyon avro iştirak haqqı və 5 milyon avro əmsal-bazar payı daxildir.
Komandanın uğurlu çıxışı nəticəsində gəlir daha da artıb. İlk turda Portuqaliya nəhəngi “Benfika”, ikinci turda isə Danimarka çempionu “Kopenhagen” üzərində qazanılan qələbələr “Qarabağ”a əlavə 4,2 milyon avro qazandırıb.
Beləliklə, Ağdam klubunun bu mövsüm Çempionlar Liqasından ümumi qazancı 27,82 milyon avroya (təxminən 55 milyon manat) yüksəlib.
Azərbaycan bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda İngiltərənin köklü klublarından “Çelsi” ilə qarşılaşacaq. Qələbə halında “Qarabağ” UEFA-dan əlavə 2,8 milyon avro bonus əldə edəcək. Bu halda klubun ümumi gəliri 30,6 milyon avroya yaxınlaşa bilər.
Press-fakt






















