Belarusda etiraz aksiyalarında 40-dan çox adam saxlanıldı

Cümə günü Belarusda keçirilən kütləvi etiraz aksiyaları zamanı 41 nəfər saxlanılıb.
Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Dünən, sentyabrın 4-də ölkədə ictimai-siyasi kütləvi tədbirlər keçirilib. Kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə 41 nəfər tutulub. İnzibati qayda pozuntuları üzrə işlərə məhkəmədə baxılmazdan əvvəl 21 nəfər saxlanma məntəqələrinə yerləşdirilib”, - mətbuat xidmətinin “Telegram”dakı məlumatında deyilir.
Oxunub: 464
Xəbəri paylaş
Paylaş: