“Lukoil” bu ölkədə fəaliyyətini dayandıra bilər

Rusiyanın “Lukoil” şirkəti İraqın iri “Qərbi Qurna-2” neft yatağında fors-major vəziyyəti elan edib.
Press-fakt "Reuters"ə istinadən xəbər verir ki, bu qərar ABŞ sanksiyalarının tətbiqindən sonra verilib. Sanksiyalardan bəri İraq şirkətə nə nağd şəkildə, nə də xam neftlə ödəniş edir.
Bildirilir ki, noyabrın 4-də “Lukoil” İraqın neft nazirliyinə məktub göndərərək yataqda normal işin davam etməsinə mane olan fors-major hallarının mövcudluğunu bildirib. Əgər bu səbəblər altı ay ərzində aradan qaldırılmazsa, “Lukoil” hasilatı dayandıracaq və layihədən tamamilə çıxacaq.
Oxunub: 56
Xəbəri paylaş
Paylaş:




















