Ermənistanda koronavirusa yoluxanların sayı 45 mini ötdü - 905 nəfər ölüb

Ermənistanda son sutka ərzində daha 199 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 45 min 152-yə çatıb.
Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, göstərilən müddətdə həm də 2 xəstə ölüb və infeksiyadan həyatını itirənlərin sayı 905 nəfər olub.
İndiyədək 41 min 023 xəstə sağalıb.
Hazırda Ermənistanda 2 945 aktiv koronavirus xəstəsi var.
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: