ABŞ-da narkotik maddə istehsal edilən evdə 7 nəfər öldürüldü

Bu barədə “Los Angeles Times” nəşri məlumat yayıb.
Polislər Aquanqa yaşayış məntəqəsinə gəldikdə evlərdən birində silahla qətlə yetirilən cəsədlər tapıblar.
Polisdən bildirilib ki, ərazi marixuana istehsalı üçün istifadə olunub. Hadisə yerində 453.5 kiloqram marixuana və yüzlərlə bənzər bitkilər tapılıb.
Faktla bağlı araşdırma başladılıb.
Oxunub: 403
Xəbəri paylaş
Paylaş: